Keçmiş nazir müavini "qara zolaq"dan çıxa bilmir

İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna yeni direktor və müavini təyin edilib.

Index.az-ın məlumatına görə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Mahir Hümbətov institutun direktoru, nazirin sabiq müşaviri Şirzad Abdullayev isə direktor müavini təyin olunub.

Qeyd edək ki, Mahir Hümbətov 2012 -2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı/analitik kimi çalışıb, 2009-2016-cı illərdə şəriətə uyğun investisiyalara maraq göstərən 7 yerli bank üçün məsləhət xidmətləri göstərmiş, "Azərbaycanda İslam maliyyələşməsinin təşviqi və tətbiqi” proqramının təşkilatçısı olub. 2019-cu ildən İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Şirzad Abdullayev isə 2008-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində işləyib. 2018-ci ilin may ayından iqtisadiyyat nazirinin müavini, 2020-ci ilin mart ayından isə nazirin müşaviri vəzifəsində çalışıb.

Qaynarinfo

Bizi Facebook-da izləyin: INdexAzerbaijan