Mobil telefonlardan POS-terminal kimi istifadə edilə bilər

"Azərbaycan Banklar Assosiyası" (ABA) İctimai Birliyinin nəzdindəki işçi qrup “POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na təklif edilən əlavə və dəyişiklikləri Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə birgə müzakirə edib.

Index.az ABA-ya istinadən xəbər verir ki, müzakirələr çərçivəsində əsasən yeni nəsil innovativ POS-terminal şəbəkəsinin formalaşdırılması və mövcud prosesin daha da təkmilləşdirilərək effektivliyin yüksəldilməsi üzrə əlavə və dəyişikliklərə toxunulunub.

Təklif edilən dəyişikliklərə qabaqcıl ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi və rəqəmsal ödənişlərin qəbul edilməsi də daxildir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan