Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 630 vaksin vurulub.

İndex.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 293, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 337 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 683 990, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 794 136, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 889 854 təşkil edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan