Bazar günü hava necə olacaq?

Oktyabrın 3-də gözlənilən hava şəraiti:

İndex.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.










Bizi Facebook-da izləyin: INdexAzerbaijan