Avropada "Ağıllı ev" üçün avadanlıqların satışları 24% artıb

Bu ilin ikinci rübündə Avropada "Ağıllı ev" üçün 24 milyon ədəd avadanlıq satılıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 23,8% çoxdur.

Ən populyar avadanlıq əyləncə üçün videoqurğular, ilk növbədə “Smart TV” olub. Hesabat dövründə 11,9 milyon belə cihaz satılıb ki, bu da cəmi tədarükün 49,2%-nə bərabərdir. İkinci yerdə "ağılı" səsgücləndiricilərdir. Apreldən iyuna kimi 5,6 milyondan çox bu cür akustik sistem satılıb.

Məlumata görə, 16%-lik bazar payı ilə ilk pillədə “Amazon” şirkəti qərarlaşıb. Sonrakı yerlərdə Google (bazar payı 12,8%) və “Samsung” (10,3%) gəlir. İlk beşliyi “LG Electronics” (8,7%) və “Hisense” (5%) tamamlayır.

Xatırladaq ki, 2025-ci ilə kimi Avropanın "Ağıllı ev" üçün avadanlıqlar bazarı 203 milyon ədədi keçəcək. Proqnoza əsasən 2021-ci ildən 2025-ci ilə kimi olan dövrdə orta illik artım 13,5% həddində olacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan