DGK büdcə öhdəliyinə 112% əməl edib

İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112,39% əməl edib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

"Nəzərdə tutulan proqnozdan əlavə 351,99 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub", - o, qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan