İctimai iaşə dövriyyəsi 13% artıb

Bu ilin yanvar-avqust aylarında Bakının ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2% artaraq 334,3 mln. manat olub.

İndex.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 293 mln. manat olub ki, bu da ümumi dövriyyənin 87,6%-ni təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan