Bitkoin 10%-dən çox bahalaşıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 47 min ABŞ dollarını keçib.

İndex.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 10,39 % bahalaşaraq 47,38 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 892,22 milyard dollara çatıb.

Bazar dəyərinə görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 9,58 % artaraq 3,23 min dollar olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər qazanan “Solana”dır.

Kriptovalyuta bazarının toplam dəyəri 2,07 trilyon dollara kimi artıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 15:52-ə olan məlumatları aşağıdakı kimidir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT