“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olundu

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Azərbaycan” Nəşriyyatına yeni baş direktor təyin olunub.

İndex.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT