Azərbaycanın Afrikaya ixracı ikiqat artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Afrika qitəsi ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 428,001 mln. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan Afrikanın 54 ölkəsindən cəmi 42 ölkəsi ilə ticarət əməliyyatları aparıb.

İndex.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatına istinadən xəbər verir ki, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

Hesabat dövründə Azərbaycanın Afrika qitəsinə ixracı 406,749 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Azərbaycanın sözügedən qitədən idxalı isə 21,253 mln. dollar təşkil edib. Bu, illik müqayisədə 1,9% çoxdur.

Beləliklə, hesabat dövründə Azərbaycanın Afrika ölkələri ilə apardığı ticarət əməliyyatları nəticəsində 385,496 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan