Peyvənd olunmayan sərnişinlər cərimələnəcək? - AÇIQLAMA

"Peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar".

İndex.az xəbər verir ki,bununla bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır:

"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər".

Bizi Facebook-da izləyin: INdexAzerbaijan