“Honda” raket, robot və uçan avtomobillərə 45 milyard sərmayə qoyacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Honda” yaxın altı ildə raket, robot və uçan avtomobillərin inkişafına 45 milyard dollar sərmayə qoymağı planlaşdırır.

İndex.az xəbər verir ki, hal-hazırda “eVTOL” (şaquli olaraq havaya qalxan və eniş edən elektrikli uçuş aparatları) istehsalı məsələsi müzakirə olunur.


Litium-ion batareyaları avtomobillər istehsal edən digər startaplardan fərqli olaraq, “Honda” elektrik mühərriklərə qaz turbinlərini əlavə edəcək. Şirkət 2025-ci ildə hava taksi xidmətinin 2030-cu ildə istifadəyə verilməsi barədə qərar verəcək.

Bununla yanaşı, “Honda” obyektləri götürə bilən çoxbarmaqlı robotlar hazırlayır. Avtomobil istehsalçısı “VR” texnologiyasından istifadə edərək robotun uzaqdan idarə edilməsi imkanlarını araşdırır.

Şirkət “təkrar istifadə edilə bilən raket” üzərində işləməyi planlaşdırır. Xatırladaq ki, “Honda” öz raket sənayesini 2019-cu ildə inkişaf etdirməyə başlayıb. Bu tədqiqat layihələrinin hansının uğurlu olacağı hələ bəlli deyil.




©Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT