Almaniyada inflyasiya ilk dəfə 4%-i keçib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Almaniyada sentyabr ayında inflyasiya səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% təşkil edib.

İndex.az bu barədə Almaniyanın Federal Statistika İdarəsinə istinadən xəbər verir.

DPA agentliyinin müəyyən etdiyi kimi, bu, son 28 ilin ən yüksək göstəricisidir. Sonuncu dəfə inflyasiya 4% həddini 1993-cü ilin dekabr ayında keçib.

"2021-ci ilin iyul ayından etibarən müşahidə edilən yüksək inflyasiya dərəcələrinin 2020-ci ildə qiymət enişinin əsas təsiri də daxil olmaqla bir sıra səbəbi var. Xüsusilə, ƏDV dərəcələrinin müvəqqəti azalması və neft məhsullarının ucuzlaşması tempi artırıb", - statistika idarəsindən bildirilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT