Vergi Xidmətinin binasına daha 18 milyon manat xərclənəcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tenderin qalibini elan edib.

İndex.az xəbər verir ki, tikinti-quraşdırma və tamamlama işlərinin yerinə yetirilməsi ilə əlaqədar əlavə işlərin yerinə yetirilməsinin, material və avadanlıqların satın alınması enderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi Tekfen İnşaat ve Tesisat Anonim Şirketi (A.Ş.) olmuşdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti qalibə 17 milyon 822 min 112 manat ödəyəcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan