Müharibə əlilləri bəzi dövlət rüsumlarından azad olunub

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunublar.

İndex.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

APA

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT