AZAL 6 milyon dollarlıq xidmət ixrac edib

Bu ilin yanvar-avqust ayında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar-avqust ayında AZAL 5.3 min ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan