“Rolls-Royce” ilk elektrikli avtomobilinin konseptini təqdim edib – FOTO

“Rolls-Royce” şirkəti ilk elektrikli “Spectre” avtomobilinin konseptini təqdim edib.

İndex.az xəbər verir ki, istehsalçı 2023-cü ildə satışlara başlamağı, 2030-cu ildə isə bütün avtomobillərini elektrikləşdirməyi planlaşdırır.


“Spectre” modelinin sınaqları qısa müddətdə dünyanın müxtəlif ölkələrində başlayacaq. Şirkətin vurğuladığı kimi, elektromobil sınaqlar zamanı 1.5 milyon mil (təxminən 2.4 milyon km) məsafə qət edəcək.

Korpusun dizaynı istehsalçının digər modellərinə (“Phantom”, “Cullinan” və “Ghost”) əsaslanır. “Rolls-Royce”un baş direktoru Torsten Müller-Otvosun sözlərinə görə, gələcək elektromobillər on iki silindrli mühərrikli modellər qədər güclü olacaq.




©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan