ARDNF valyuta hərraclarındakı satışını 23% azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 4 305,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

İndex.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azdır.

Təkcə sentyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 565,5 milyon dollar təşkil edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 6,7% azdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan