Azərbaycan 8 ayda Rusiyaya 522 milyon dollarlıq məhsul ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% çox - 1,6 milyard ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr buraxılışında bildirilir.

Sənədə əsasən, 8 ay ərzində qeyri-neft sektoruna aid ən çox ixrac edilən mallar pambıq mahlıcı (143,8 milyon dollar), qızıl (140,1 milyon ABŞ dolları) və pomidor (tomat, 128,2 milyon dollar) olub.

Qeyri-neft sektoruna ən çox mal idxal edən ölkələr isə Rusiya (522,3 milyon dollar), Türkiyə (407,3 milyon dollar), İsveçrə (154,9 milyon dollar), Gürcüstan (109,5 milyon dollar) və ABŞ (48 milyon dollar) olub.

Təkcə ötən ay isə Azərbaycan 1 il əvvələ nisbətən 95,3% çox - 230,4 milyon dollar dəyərində qeyri-neft ixracı reallaşdırıb. Ay ərzində ən çox icrac edilən mallar polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (27,8 milyon dollar), qızıl (23,4 milyon dollar) və karbamid (11 milyon dollar) olub.

Ən çox mal idxal edən ölkələr isə Rusiya (54,4 milyon dollar), Türkiyə (48 milyon dollar) və İsveçrə (25,5 milyon dollar) olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan