"Azexport" bu il 324 milyon dollarlıq sifariş alıb

2021-ci ilin yanvar-avqust aylarında "Azexport" portalı 324,4 milyon ABŞ dolları dəyərində sifariş qəbul edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bunun 40,8 milyon dolları avqust ayının payına düşüb. Ay ərzində ən çox ixrac sifarişi pambıq xurma, nar, toyuq yumurtası, fındıq ləpəsi, biyan kökü və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 avqust tarixinə kimi (56 ay ərzində) isə portala 145 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2,54 milyard dollar təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan