Xarici vətəndaşların bank kartı ilə xərcləmələri ikiqat artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 712,2 milyon manatlıq əməliyyat aparıblar.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Təkcə avqust ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 104,2 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 4,1 dəfə çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan