“Azərkosmos”un ixrac gəlirləri azalıb

Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC 31 ölkəyə 30,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 ölkə və 0,4 milyon dollar çoxdur.

“Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 91%-ni təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1 faiz bəndi çoxdur.

2021-ci ilinm avqust ayında isə “Azərkosmos” 22 ölkəyə 2,2 milyon dollar dəyərində xidmət ixrac edib ki, bu da illik müqayisədə 3 ölkə və 0,1 milyon dollar azdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan