“PASHA Holding”in hotelinə 3.5 milyon manat maya qoyulub

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Ölkənin ən böyük hotel şəbəkəsinə sahib olan “ABSHERON Hotel Group” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə yenidən artırıldı.

İndex.az xəbər verir ki, hotel şəbəkəsinin sahibinin nizamnamə kapitalı 3 500 000 manat, yaxud 37% artırılıb.

Bununla da “ABSHERON Hotel Group”un nizamnamə kapitalı 12 850 000 manata çatdırılıb.

Hotellər şəbəkəsi 2020-ci ilin avqustunda nizamnamə kapitalını 2 mln. artırmaqla 5.65 mln. manata, həmin ilin sentyabrında isə 2.2 mln manat artırmaqla 7.85 mln. manata qədər, 2021-ci ilin yanvarında isə 1.50 mln. manat artırılmaqla 9.35 mln. manata çatdırılmışdır.

2013-cü ildə ildə şirkətin qurulması ilə “ABSHERON Hotel Group”, dünya səviyyəli hotel və kurort portfelini quraraq milli və regional bazarlarda lider mövqe tutmaqla, qonaqpərvərlik sənayesinin strateji oyunçudur.

Qrup Azərbaycanın paytaxtında müvafiq beynəlxalq otelçilik şirkətləri tərəfindən idarə olunan “Four Seasons Baku”, “JW Marriott Absheron Baku” və inşaat mərhələsində olan “The Ritz-Carlton, Baku” kimi üç lüks hotelə malikdir.

Hotel şəbəkəsinin daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər hotellər aşağıda qeyd olunmuşdur:

Baku Marriott Hotel Boulevard
Sheraton Baku Intourist
Courtyard by Marriott Baku
Pik Palace, Shahdag, Autograph Collection
Park Chalet, Shahdag, Autograph Collection
Dinamo Hotel Baku
The Merchant Baku
Bilgah Beach Hotel
Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
Boutique 19 Hotel
Art Gallery Hotel



©Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT