"Lukoil" Rusiyanın ən böyük özəl şirkətlərinin reytinqinə başçılıq edir

Əslən azərbaycanlı olan Vahid Ələkbərova məxsus "Lukoil" neft şirkəti, "Forbes" tərəfindən cümə axşamı günü nəşr olunan Rusiyanın ən böyük özəl şirkətlərinin reytinqində liderliyini qoruyub.

İndex.az xəbər verir ki, "Lukoil" un 2020-ci ildə cəmi gəliri 5 trilyon 639 milyard rubl təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 28% azdır. Şirkətdə 108 min işçi çalışır.


İkinci yeri 1 trilyon 978 milyard rubl gəlir və 339 min işçi ilə "X5 Retail Group" tutub. Reytinqdə üçüncü yeri pərakəndə satış şirkət "Magnit" (1 trilyon 553,8 milyard rubl gəlir), dördüncü yeri metallurgiya şirkəti "Norilsk Nikel" (1 trilyon 124,2 milyard rubl), beşinci yeri isə "Surgutneftegaz" neft şirkəti (1 trilyon 75 milyard rubl) tutub.

Altıncı yerdə "Megapolis" şirkətlər qrupu (789,2 milyard rubl), yeddinci yerdə isə "Tatneft" (720,7 milyard rubl) qərarlaşıb. İlk onluğu Rusiyanın ən böyük özəl təbii qaz istehsalçısı "Novatek" (711,8 milyard rubl), metallurgiya və mədən şirkəti "Evraz" (770,3 milyard rubl) və NLMK (668,6 milyard rubl) bağlayır.

Ümumilikdə, 200 ən böyük özəl şirkət il ərzində 43,4 trilyon rubl gəlir əldə edib, bu da bir il əvvəlkindən 1,1 trilyon rubl azdır.

Marja.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan