Bu ölkədə COVID-19 qadağaları ləğv edildi

İsveç COVID-19 epidemiyasının tamamilə nəzarət altına alındığını və bütün qadağaların ləğv edildiyini açıqlayıb.

İndex.az AA-ya istinadən xəbər verir ki, bu barədə İsveç Səhiyyə Nazirliyi məlumat verib. Açıqlamada ölkənin koronavirus pandemiyasını tamamilə nəzarətə aldığını və bu səbəbdən virusa qarşı bütün qadağaları ləğv etdiyini bildirib. 1 oktyabr tarixindən etibarən isə səyahət qadağaları aradan qaldırılacağı deyilib.

Qeyd edək ki, İsveç, Danimarka və Norveçdən sonra məhdudiyyətlərini qaldıran 3-cü Avropa ölkəsidir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan