“United Airlines” peyvənd olunmayan təxminən 600 işçini işdən çıxarır

Amerikanın “United Airlines” aviaşirkəti ABŞ-da çalışan 670 min işçisinin demək olar ki, hamısının peyvənd olunduğunu açıqlayıb.

İndex.az xəbər verir ki, lakin “The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, onlar arasında 593 nəfər vaksinasiyadan keçməkdən imtina edib.

Xatırladaq ki, “United Airlines” işçilərindən peyvənd olunmağı tələb edən ilk aviaşirkət olub. Şirkətin baş direktoru Skott Kibri bu qərarının təhlükəsizliyin təmin edilməsi ilə əlaqəli olduğunu vurğulayıb.

Sentyabr ayının sonunda “United Airlines” aviaşirkətində çalışanların 99%-i peyvənd olunub.

Şirkət dini səbəblərə görə peyvənd olunmaqdan imtina edən işçilərini 2 oktyabr tarixinə kimi ödənişsiz məzuniyyətə göndərəcəyini əlavə edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan