Tədris kurslarında şagirdlər maska taxmalıdır? - AÇIQLAMA

"Qapalı məkanlarda, xüsusilə ayrı-ayrı tədris kurslarında, repetitor fəaliyyəti göstərən obyektlərdə mütləq qaydada tibbi maskadan istifadə etmək məcburiyyəti var".

İndex.az xəbər verir ki, bunu Yeniavaz.com-un sorğusuna cavab olaraq verdiyi açıqlamada Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, bu məsələ polis tərəfindən diqqətdə saxlanılır:

"Orada daxili sanitar-epidemioloji vəziyyətin sabit saxlanılması üçün mütləq qaydada tibbi maskadan istifadə edilməlidir. Bəlli say çərçivəsində repetitorluq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər bu qayda və normalara ciddi əməl etməlidirlər. Polis tərəfindən bu fəaliyyət sahəsi ilə məşğul olan şəxslərin fəaliyyəti ərazidə xidmətə cəlb olunan naryad qruplarımız tərəfindən diqqətdə saxlanılır".

Qeyd edək ki, ənənəvi tədrisə başlayan orta məktəblərdə şagirdlərin tibbi maskadan istifadəsi məcburi deyil.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan