Mobil rabitə xidmətindən gəlirlər 30 milyon manata yaxınlaşdı

2021-ci ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 39 milyon 794 min 600 manat olub.

İndex.az xəbər verir ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 7.2 faiz çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 29 milyon 746 min 200 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,3 faiz artmışdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan