Bu il Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 0,4% artıb

Vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 664,2 milyon manat vəsait yönəldilib.

Index.az yerli Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 0,4% çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 638,1 milyon manatı və ya 96,1%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan