Fırıldaqçılar vətəndaşlara zənglər edərək, ödəniş kartı məlumatlarını istəyir – XƏBƏRDARLIQ

Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması aparılmaqdadır.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası adından vətəndaşların kart məlumatlarınınnın istənilməsi ilə bağlı yaydığı məlumatda deyilir.

Məlumata görə, bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatları üzrə dövriyyənin artması fonunda yeni fırıldaqçılıq hallarının yaranması müşahidə olunmaqdadır.

Belə ki, fırıldaqçılar tərəfindən banklar, bəzi hallarda ABA adından vətəndaşlara zənglər edilərək, ödəniş kartı məlumatları istənilir.

Assosiasiya nəzərə çatdırır ki, bank və ABA adından telefon zəngləri və ya digər formada ödəniş kartı məlumatlarının təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız təqdirdə kart məlumatlarınızı təqdim etməməyiniz və dərhal bankınızla əlaqə saxlamağınız tövsiyə olunur.

Fırıldaqçılar vətəndaşlara zənglər edərək, ödəniş kartı məlumatlarını istəyir – XƏBƏRDARLIQ

Bizi Facebook-da izləyin: INdexAzerbaijan