Bu ölkədə hava taksiləri istifadəyə veriləcək

Cənubi Koreyanın paytaxtı Seul şəhərində 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək.

Index.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinin şəhər nəqliyyatı ilə bağlı konsepsiyasında deyilir.

Qeyd olunur ki, aerotaksilərin kommersiya istismarının ilkin mərhələsi 2025-2029-cu illəri əhatə edəcək. Bu müddətdə taksilər Seulun mərkəzini Kimpho və İnçhin hava limanları ilə əlaqələndirəcək.

Aerotaksilər istismarın ilk mərhələlərində sürücülər tərəfindən idarə olunacaq. 2035-ci ildən başlayaraq isə taksilər pilotsuz hərəkət edəcək.

Hava taksilərinin 300-600 metr yüksəklikdə hərəkət etməsi nəzərdə tutulur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan