Bu marşrut xətti də “BakıKart”a keçdi

Sabahdan etibarən 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

İndex.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

- Zabrat qəs. Nərimanov 23

- Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda)

- Sadiq Cəfərov 26, Zabrat

- Babək 336, Zabrat

- Oktyabr küç. Zabrat

- Sabunçu qəs. Şəhər şosesi

Bizi Facebook-da izləyin: INdexAzerbaijan