Ölkədə özəl sektorun kreditləşməsi artıb

Azərbaycanda özəl sektora (ev təsərrüfatlarına kreditlər də daxil olmaqla) kredit qoyuluşu 2 21 537.9 mln manat olub.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin avqust ayına cəmi kredit qoyuluşu 15 608 mln manat olub ki, bunun 857.6 mln manatı dövlət sektoruna, 13 846.2 mln manatı isə özəl sektora verilən kreditlər təşkil edib. Özəl sektora verilən kreditlər ilin əvvəli ilə müqayisədə 8.1% artıb, dövlət sektoruna verilən kreditlər isə 2.3% azalıb.

Özəl sektora verilən kreditlərdən 7 691.7 mln manatını isə ev təsərrüfatlarına verilən kreditlər təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan