Ən çox istifadəçisi olan sosial şəbəkələr

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Çinin ByteDance şirkətinə məxsus TikTok qısa video xidmətli sosial şəbəkənin hazırda 1 milyard aktiv istifadəçisi var.

Index.az xəbər verir ki, bu barədə şirkətin dünənki açılamaslnda bildirilib.

ABŞ və digər regionlarda nəhəng izləyici kütləsi olan TikTok son 3 ildə ardıcıl böyüyüb. 2018-ci ilin yanvarında cəmi 55 milyon qlobal istifadəçisi olan şəbəkə həmin ilin sonunda bu rəqəmi 271 milyona, 2019-cu ilin dekabrında isə 507 milyona çatdırıb.

Ötən ilin yayında 700 milyon təşkil edən aylıq aktiv istifadəçi sayı pandemiya səbəbindən elektron mediaya və xidmətlərə tələbatın artmasına görə son 1 il ərzində daha da böyüyərək, 1 milyarda çatıb. Bu rəqəm hələlik ən iri qlobal şəbəkə olan Facebook-un istifadəçi sayı ilə (2,9 milyard) müqayisədə xeyli azdır, lakin artım potensialı böyükdür.

Əvəzində, TikTok ən uğurlu qısa video xidmətlərində liderlik edir. Digər böyük rəqiblər hazırda analoji məhsul yaratmaq uğrunda yarışır. Facebook oxşar xidməti - Instagram Reels-i ötən ilin avqustunda, Google-un mülkiyyətində olan YouTube isə Shorts adlı proqramı 2020-c ilin sentyabrında istifadəyə verib.

Bu ilin iyununda TikTok-un bazar dəyəri növbəti özəl investisiya raundundan sonra 425 milyard dolları keçib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT