"Ford" 11 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

ABŞ-ın böyük avtomobil istehsalçılarından biri olan Ford, Cənubi Koreyadan ortağı "SK Innovation" ilə ABŞ-da 3 batareya zavodu və elektrikli "F-Series" yük avtomobilləri üçün montaj təsisi qurmaq məqsədilə 11,4 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırır.

İndex.az Ford-un yaydığı açıqlamaya istinadən xəbər verir ki, söz mövzusu sərmayənin Ford-un 118 illik tarixindəki ən böyük istehsal sərmayəsi olacağı qeyd edilib.

Açıqlamada, Fordun ABŞ-ın Tennessee ştatında quracağı meqa kampus və Kentucky ştatında quracağı 2 batareya zavodu ilə ölkənin elektrikli vasitələrə keçidinə liderlik edəcəyi vurğulanıb.

Şirkətin elektrikli vasitələrə birdəfəyə indiyə qədərki ən böyük sərmayəsini etməyi planlaşdırıldığına diqqət çəkilən açıqlamada, 11,4 milyard dollarlıq sərmayə qoyulmasının və təxminən 11 min nəfərə yeni məşğulluq yaradılacağı qeyd edilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT