MDB ölkələrinə uçuş 1 ayda 111 manat bahalaşıb

Bu ilin avqustunda Azərbaycandan MDB ölkələrinə uçuş qiymətləri bir qədər də artıb.

İndex.az rəsmi məlumatlara istinadən xəbər verir ki, MDB ölkələrinə təyyarə ilə bir gedişin qiyməti 1279 manata yüksəlib. Əvvəlki ayda orta qiymət 1168 manat, ötən ilin avqustunda 330 manat idi. Bir ay ərzində təyyarə biletinin qiyməti 111 manat (9,5 faiz), bir ildə 949 manat və ya 287 faiz (3,87 dəfə) artıb.

Bu il MDB-dən kənar ölkələrə uçuş qiymətlərində də artım var. İyulda 724 manat olan bir gedişin qiyməti avqustda 756 manatı ötüb. Ay ərzində MDB istisna olmaqla xaricə uçuş qiyməti 32 manat (4,4 faiz) artıb.

Ötən ilin avqustunda isə MDB-dən kənar ölkələrə uçuş qiymətləri orta hesabla 384 manat idi. İllik müqayisədə qiymətlər 372 manat, yaxud 97 faiz (1,97 dəfə) artıb.

Təyyarə qiymətlərinin artması xarici istirahət turlarının bahalaşmasına şərait yaradıb. Avqustda bir istirahət turunun orta qiyməti 520 manat olub ki, bu da ötən ilin avqustunda olan qiymətdən (471 manat) 49 manat yüksəkdir.

Sfera.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan