Kabil hava limanı beynəlxalq uçuşlara hazır olduğunu açıqladı

Əfqanıstan paytaxtındakı Həmid Karzay hava limanının texniki çatışmazlıqları aradan qaldırılıb.

İndex.az xəbər verir ki, bu barədə “Taliban” hökumətinin XİN təmsilçisi Əbdül Bahar Bəlxi bildirib.

O, bütün hava nəqliyyatı şirkətləri ilə əməkdaşlığa açıq olduqlarını bəyan edib.

Həmçinin, hava limanının artıq beynəlxalq uçuşlar üçün hazır olduğunu açıqlayıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan