Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır

2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1.8 faiz artaraq 728.5 manat təşkil etmişdir.

İndex.az xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3207.5 manat, qeyri neft-qaz sektorunda 678.1 manat təşkil etmişdir.

Mədənçıxarma sənayesinin dövlət sektorunda çalışan işçilərin əməkhaqları 1 681 manat, özəl sektorda isə 4 030.7 manat olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan