Çin kriptovalyuta ilə əlaqədar bütün əməliyyatları qadağan etdi

Çin Mərkəzi Bankı kriptovalyutalar ilə əlaqədar bütün əməliyyatların qadağan edildiyini açıqlayıb.

İndex.az "Bloomberg News"a istinadən xəbər verir ki, Çin Mərkəzi Bankı veb saytından etdiyi açıqlamada kriptovalyutalar ilə əlaqədar bütün əməliyyatların qadağan edildiyini, kriptovalyutalar ilə əlaqədar qeyri-qanuni maliyyə fəaliyyətlərinin cəzalandırılacağını bildirib.
Açıqlamada Bitcoin də daxil olmaqla heç bir kriptovalyutanın rəsmi pul vahidi olmadığı və dövriyyədə olmamaları lazım olduğu qeyd edilib.

Xəbərdən sonra Bitcoin 4.5% ucuzlaşıb, Ether və digər kriptovalyutalar da geriləyib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan