Sentyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənildi

Sentyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

İndex.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ödəniş nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilib.

Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan