Sığorta ödənişlərinin 64%-i bu şirkətin payına düşüb

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən ödənilən 339 milyon 866 min manat məbləğində sığorta ödənişinin yarıdan çoxu - 64,4%-i "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin payına düşüb.

İndex.az açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri ümumilikdə 218 milyon 779 min manat ödəniş ediblər.

Digər 18 şirkət arasında ən çox sığorta ödənişi edən şirkətlərin ilk 3-lüyünü 44,6 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti, 21,9 milyon manatlıq yığımla "Atəşgah Həyat” və 13,98 milyon manatlıq yığımla "Xalq Sığorta" şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta ödənişlərinin 88%-i adları qeyd olunan 5 şirkətin payına düşüb.

Bu ilin ilk 8 ay ərzində ən az sığorta ödənişi edən sığorta şirkətlər isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (29 min manat), “Xalq Həyat Sığorta” (88 min manat), “Naxçıvan Sığorta” (233 min manat) və “Bakı Sığorta” (579 min manat) ASC olublar.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan