Emin Ağalarov restorana 1 milyon dollar xərclədi

Xalq artisti Emin Ağalarov yeni biznesi üçün 1 milyon dollar vəsait sərf edib.

İndex.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin yeni restoranı bu ilin sonunda açılacaq. Məkan Moskvada yeni alış-veriş mərkəzində yerləşir.

Emin bildirib ki, restoranda çin mətbəxi yer alacaq. İfaçı restoranın investorunun özü olduğunu söyləyib. O, məkan üçün qoyduğu investiyaya restoranın yerləşdiyi ərazinin, dekorun və qab-qacağın daxil olduğunu söyləyib.

Qeyd edək ki, Eminin nümayəndəsi onun ümumilikdə 50-yə yaxın restoranı olduğunu deyib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan