Sumqayıtda sərnişin avtobuslarında ödəniş kart sistemi ilə olacaq

Sumqayıtda ictimai nəqliyyat vasitələri kart sisteminə keçir.

İndex.az xəbər verir ki, kart sisteminə keçilməsi üçün proses pandemiyadan əvvəl başlanıb. Artıq sentyabrın 28-dən etibarən Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş qaydası kart sisteminə keçiriləcək.

Qeyd edək ki, buna qədər yalnız Ceyranbatan – Sumqayıt marşrut xətti üzrə hərəkət edən 9 nömrəli avtobuslarda kart sistemi tətbiq edilirdi.

Kartların qiyməti 2 AZN təşkil edəcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev açıqlamasında bildirib ki, yeni alınan 206 sərnişin avtobusunun hər birində artıq validatorlar quraşdırılıb və sınaqdan keçirilib:

“Ayın 28-dən xəttə buraxılan yeni sərnişin avtobuslarının hər birində sərnişinlər gediş haqqlarını kart sistemi vasitəsilə edəcək”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan