“Microsoft” okeandakı tullantılardan siçan hazırlayıb

“Microsoft” şirkəti okeana atılan plastik tullantılardan hazırlanan yeni simsiz siçan təqdim edib.

İndex.az xəbər verir ki, “Microsoft Ocean Plastic Mouse” cihazını öncədən sifariş etmək mümkün olacaq. Siçanın qiyməti 25 dollar təşkil edəcək.

Aksesuarın korpusu təkrar emal oluna bilər və 20% olaraq plastikdən hazırlanır. Siçanın qutusu təkrar emal olunmuş taxta və qamış liflərindən ibarətdir.

Qeyd edək ki, daha əvvəl “Microsoft” xarab olmuş siçanların geri qaytarılması proqramını işə salmışdı. Yeni opsiya Avropa və Şimali Amerikada əlçatan olacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan