“YouTube”da videoları yükləmək mümkün olacaq

“YouTube” videohostinqi üçüncü tərəf proqramlardan istifadə etmədən video yükləmək funksiyasını sınaqdan keçirir.

İndex.az xəbər verir ki, istifadəçilər istənilən videonu üç brauzerdən birində yüklərə biləcəklər. İlkin mərhələdə yeni funksiyadan yalnız “Premium” abunəçiləri istifadə edəcəklər. Verilən məlumata əsasən, sınaq müddəti noyabrın 19-dək davam edəcək.

Videonu “Chrome”, “Edge” və “Opera” brauzerləri vasitəsilə yükləmək mümkün olacaq. Beləliklə, videonun altında “Paylaşmaq” düyməsinin yanında “Yükləmək” düyməsi görünəcək. Yüklənən bütün videolar “Yükləmələr” bölməsində saxlanılacaq. Qeyd edək ki, faylları flash-karda və ya digər cihaza köçürmək mümkün olmayacaq.

Cari ilin avqustunda “YouTube Music” xidmətinin istifadəçi sayı 50 milyonu ötüb. Beləliklə, “YouTube” “Amazon”, “Apple” və “Spotify” kimi musiqi xidmətlərinin tamhüquqlu rəqibinə çevrilib. Xatırladaq ki, cəmi bir ildə “YouTube Music” xidmətinə 20 milyon insan qoşulub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan