“Airbus” uçan taksi modelinin yeni versiyası təqdim edildi

Dünyanın ən böyük aviasiya şirkətlərindən biri olan “Airbus”uçan taksi modelinin növbəti versiyasını təqdim edib.

İndex.az xəbər verir ki, “Airbus” tərəfindən təşkil edilən yeni uçan taksi modeli təqdim edilib. Elektrik enerjisi ilə işləyən 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan avtomobil 120 kilometr sürətə çata bilir. Yeni versiya sabit qanadlar və V quyruqla təchiz edilmiş taksidir. Qeyd edək ki, modelin ilk uçuşunun 2023-cü ildə həyata keçirilməsi planlaşdırılır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan