Bu gün banklar 58 milyon dollar aldı – HƏRRAC

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 58 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 sentyabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 11,1% artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan