“Azərsu” bu şirkətə 55 milyon manat ödəyəcək

“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

İndex.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Nort Vest Konstrakşn” MMC olub.

“Nort Vest Konstrakşn” MMC “Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işləri üçün “Azərsu” ASC-dən 55 milyon 474 min 319 manat 25 qəpik alacaq.

Məlumat üçün bildirək ki, “Nort Vest Konstrakşn” MMC 14.12.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 min manat olan MMC “Nəsimi rayonu, Neftçilər pr., ev 153” ünvanında yerləşir. “Nort Vest Konstrakşn” MMC -nin qanuni təmsilçisi Bədəlov Elçin Tofiq oğludur.

Onu da bildirək ki, “Nort Vest Konstrakşn” MMC-nin qeydiyyatda olduğu “Neftçilər pr., ev 153” ünvanı ölkənin aparıcı şirkətlərindən biri olan “Paşa Holdinq”in yerləşdiyi ünvandır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan