İran neft sənayesinə 145 milyard dollar yatırmağı planlaşdırır

İran hökuməti yaxın bir neçə il ərzində ölkənin neft sənayesinə təxminən 145 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırmaq niyyətindədir.

İndex.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Oruci deyib.

Onun sözlərinə görə, ölkə neft sənayesinə sərmayə qoymaq istəyən yerli və xarici investorlar üçün açıqdır.

"Önümüzdəki 4-8 il ərzində neft hasilatı və emalı sənayesinin inkişafına təxminən 145 mlrd. dollar sərmayənin yatırılması planlaşdırılır. Buradan neft sənayesinə (İranın – red.) sərmayə qoymaq istəyən yerli və xarici investorları salamlayırıq", - C. Oruci qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan