Bir ayda 600 POS-terminal ləğv edildi

Azərbaycanda POS-terminalların sayı ötən ay 59 395 ədəd təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricisinə istinadən xəbər verir ki, bir ayda 600 POS-terminal ləğv edilib. Cari ilin iyul ayında POS-terminalların sayı 59 995 ədəd təşkil edirdi.

Ötən ilin avqust ayında isə POS-terminalların sayı 56 min 547 ədəd olub. İllik müqayisədə POS-terminalların sayında bu ilin avqust ayında 2 min 848 ədəd azalma olub.

Regionlarda quraşdırılan POS-terminalların sayı avqust ayına 19 729, Bakıda isə 39 666 ədəd təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan